20:40 01-06-2021
news_image
248
FUTBOL

“Belarus millisi də bizi hardasa 40 pillə qabaqlayır” – de Byazi

“10 aydır birlikdəyik, həmişə istəyirik hücum futbolu oynayaq. Təbii ki, vaxtımız azdır”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasıın baş məşqçisi Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis Belarusla sabahkı yoldaşlıq oyununa həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Çalışırıq bu az vaxtda maksimumu edək. Oynadığımız oyunlarda yaxşı futbol nümayiş etdirsək də, nəticə olmadığı üçün ürəkdən sevinə bilmirik. Daha diqqətli olmalıyıq, situasiyanı doğru qiymətləndirməliyik. Belarus millisi gənc komandadır, yeni baş məşqçiləri var. Yeni çalışdırıcının ilk oyunu olacaq. Rəqibi az tanıyırıq, bu da bizim işimizi bir qədər çətinləşdirir. Keyfiyyətli oyunçulardan təşkil olunub. Düzdür, son oyunda dünya sıralamasında ilk pillədə olan Belçika millisinə böyükhesablı məğlub olublar, amma bu, onların yaxşı, keyfiyyətli futbolçularının olduğu həqiqətini dəyişmir. Onu da qeyd edim ki, Belarus millisi də bizi hardasa 40 pillə qabaqlayır”.

De Byazi Minskdəki görüşdə güvənəcəyi heyətə də toxunub: “Təxminən Türkiyə ilə oyunda şans verdiyim futbolçular meydanda olacaq. Təbii ki, müəyyən istisnalar qaçımazdır. Bəhlul Mustafazadə və Emil Bədəlov hazır olmadıqları üçün oynamayacaq. Türkiyə ilə müqayisədə buarada havanın hərarəti fərqlidir. İnanıram ki, bu amil daha çox mübarizə aparmağımıza kömək edəcək”.

Qeyd edək ki, sabah keçiriləcək Belarus – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.