20:41 01-06-2021
news_image
103
FUTBOL

“Bəxt onlardan da üz döndərməsəydi, nəticə əldə edərdilər” - Kondratyev

“Azərbaycan milli komandasının son 5 oyununu izləmişəm. Komanda bu oyunlarda yaxşı futbol nümayiş etdirib”.

Apasport.az saytının məlumatına görə, bunu Belarus milli komandasının baş məşqçi vəzifəsini icra edən Georgi Kondratyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan yığması ilə sabah keçiriləcək yoldaşlıq oyununa həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Bəxt onlardan da üz döndərməsəydi, nəticə əldə edərdilər. İtaliyalı baş məşqçinin rəhbərliyi altında intizamlı futbol oynamağa üstünlük verirlər. Komandanın hər bir mövqeyində lider futbolçular var. Maksim Medvedevev, Emin Mahmudov, Ramil Şeydayevin adlarını qeyd edə bilərəm. Bizim komandada hazırda nəsildəyişmə prosesi gedir, gənc komandayıq. Azərbaycanla oyun bizə çox çətin olacaq. Şadam ki, belə bir komanda ilə oynamaq imkanı əldə etmişik. Bu cür beynəlxalq səviyyəli oyunlar komandanın inkişafına müsbət təsir edir. Sabah oyuna nəzarət etməyi və daha aqressiv futbol oynamalıyıq”.
 
Kondratyev Belçika yığmasına 0:8 hesablı məğlubiyyəti və sonrakı dəyişiklikləri də xatırlayıb: “2014-cü ildəki Belarus yığması ilə indikini müqayisə etmək çox ağır məsələdir. Bununla bağlı suala da cavab vermək çətindir. Axı özünüz deyin, 1982-ci ildə SSRİ çempionu olan Minsk “Dinamo”su ilə Avropa nəhənglərinə də qalib gələn Borisov BATE-sindən hansı güclüdür? Məndə birmənalı cavab yoxdur. Biz kənd-kəndə futbol oynayanda daha böyük həvəslə oynayırdıq, nəinki bəzi futbolçular. Belçikaya 0:8 hesabı ilə uduzduğumuz matçdan yalnız dəyişiklikləri qeyd edə bilərəm. Belçikaya qarşı oynayanlardan yalnız ikisi Azərbaycanla matça çıxacaq”.