11:07 02-06-2021
news_image
173
AVRO-2020

AVRO-2020-dən kənar qaldı – koronavirusa görə

AVRO-2020-ni buraxacaq tanınmış futbolçular sırasına daha biri əlavə olunub.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin 32 yaşlı qapıçısı Yasper Silessen turnirdə iştirak edə bilməyəcək.

İspaniya “Valensiya”sının qolkiperi yığmanın AVRO-2020 üçün heyətindən də kənarlaşdırılıb. Buna Silessenin koronavirusa yoluxması səbəb olub.

Yasper təcrid edilib və komandanın toplanışına qatılmayıb. Onu “Alkmaar”ın 30 yaşlı əlcək sahibi Marko Bizot əvəzləyib.