11:41 02-06-2021
news_image
55
FUTBOL

PSJ-də yeni müqavilə - baş məşqçi ilə

PSJ-nin baş məşqçisi Mauritsio Poçettinonun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis Paris təmsilçisi ilə yeni müqavilə bağlayıb.

Tərəflər arasındakı gələn ilin yayına qədər olan müqaviləyə uzadılma ilə bağlı bənd salınmışdı ki, Fransa klubu bundan yararlanıb. PSJ rəhbərliyi bununla Poçettinonun “Tottenhem”ə qayıtmaq variantının qarşısını alıb.

Qeyd edək ki, Mauritsio Poçettino bu ilin yanvarından PSJ-ni çalışdırır.