11:56 02-06-2021
news_image
683
FUTBOL

Rəşad Sadıqov şotlandiyalı futbolçunu istəyir – YALNIZ BİZDƏ

Premyer Liqada 4-cü yeri tutaraq avrokuboklardan kənarda qalan “Zirə” heyətində təmizləmə işlərini davam etdirir.

Apasport.az saytı xəbər verir ki, 8 futbolçu ilə yollarını ayıran Bakı təmsilçisinin transfer gündəmində olan daha bir futbolçunun adına aydınlıq gəlib.

Əldə etdiyimiz məlumata görə, baş məşqçi Rəşad Sadıqov “Hamilton” klubunun müdafiəçisi Skott Makmannın xidmətində maraqlıdır. Əsl mövqeyi sol cinah müdafiəçisi olan 25 yaşlı oyunçunun həmçinin yarımmüdafiənin cinahında və müdafiənin mərkəzində oynamaq bacarığının olması çalışdırıcının diqqətini xüsusi çəkir.

Makmannın müqavilə müddəti gələn ilin yayına qədər olsa da, “Hamilton” sonuncu yeri tutaraq Premyer Liqanı tərk etdiyindən, futbolçu başqa kluba azad agent kimi keçə bilər. “Zirə” hazırda şotlandiyalı müdafiəçi ilə danışıq aparır.

Qeyd edək ki, Şotlandiyanın U-16 və U-17 yığmasında oynamış Skott Makmann 2013-cü ildən yetirməsi olduğu “Hamilton”un əsas komandasında çıxış edir.