12:10 02-06-2021
news_image
112
FUTBOL

“Liverpul”un əfsanəvi kapitanına göz dikib - əzəli rəqib

Karlo Ançelotti ilə yollarını ayıran “Everton” baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Liverpul klubunun bu posta namizədlərindən biri də “Reyncers”in çalışdırıcısı Stiven Cerrarddır.

Ötən mövsüm gənc mütəxəssisin komandası Şotlandiya çempionu olub, o isə mövsümün baş məşqçisi seçilib. “Everton” əzəli rəqibi “Liverpul”un əfsanəvi kapitanı ilə danışıqlara başlayıb.

Qeyd edək ki, 41 yaşlı Cerrard 2018-ci ildən “Reyncers”ə rəhbərlik edir.