13:17 02-06-2021
news_image
78
FUTBOL

Futbolçusunu qaytardı – “Barselona”

“Barselona” müdafiəçi Emerson Royalı icarədən qaytarıb.

Apasport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə futbolçunun növbəti mövsümdən Kataloniya təmsilçisində çıxış edəcəyini açıqlayıb.

“Barsa” rəhbərliyi 22 yaşlı cinah oyunçusunu “Betis”ə iki mövsümlük icarə verdikdən sonra komandaya qaytarmaq hüququndan yararlandığını bildirib. Sağ cinah müdafiəçisi Amerika Kubokunda Braziliya millisindəki çıxışdan sonra “Barselona”nın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Emerson Royal 2019-cu ildə “Barselona”, “Betis” və “Atletiko Mineyro”nun iştirakı ilə üçtərəfli razılaşma əsasında İspaniyaya köçüb. Onu heyətinə yenidən cəlb etmək "Barsa"ya 9 milyon avroya başa gəlib.