13:29 02-06-2021
news_image
381
FUTBOL

Yeni mövsümün start tarixi bəlli oldu - Premyer Liqamızda

Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün start vaxtı müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqası açıqlayıb.

Yeni mövsüm avqustun 14-də start götürəcək. Yarışda 8 komanda dairəvi sistemlə 4 dövrədə mübarizə aparacaq.

Ötən mövsümdə olduğu kimi yenə medallar uğrunda “Neftçi”, “Qarabağ”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Keşlə”, “Qəbələ” və “Səbail” mübarizə aparacaq.