15:05 02-06-2021
news_image
267
FUTBOL

Millimizdə ulduz tapdılar – belaruslular

Azərbaycan milli komandasının ən böyük ulduzu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, yığmamızın baş məşqçisi Canni de Byazidir.

Bu qənaətə Belarus mətbuatı gəlib. Millimizlə bugünkü yoxlama oyunu ərəfəsində komandamızın heyətini dəyərləndirən həmkarlarımız futbolçulardan bir neçəsini fərqləndirsə də, əsas ulduzu texniki zonada tapıb: “Qonaqların əsas ulduzu meydanda deyil, ondan kənardadır. Bu, onun italiyalı baş məşqçisi Canni de Byazidir. 64 yaşlı mütəxəssis onlarla komandaya rəhbərlik edib”.

Qeyd edək ki, Belarus – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.