11:13 06-06-2021
news_image
140
FUTBOL

Minimum ikisində bombardir olanlar – “Top-5” liqaların

İstənilən futbolçu üçün çempionluq çox önəmlidir.

Apasport.az saytının məlumatına görə, qolçular üçün isə bu, kifayət deyil.

Komandaların hücumçuları üçün mövsümün sonunda çempionluqla yanaşı, bombardir olmaq ayrı bir hədəfdir. Xüsusən də, Avropanın “Top-5” liqalarında – İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A seriyası, Almaniya Bundesliqası və Fransa Liqa1-də bunu reallaşdırmaq çox çətindir.

Ancaq bəziləri “böyük beşlik” ölkələrinin bir yox, ən azı ikisində bir neçə dəfə bombardir olmağı bacarıb. Bu yazıda məhz “Top-5” liqaların minimum ikisində qol “kral”ı olanları təqdim edirik.

1. Kriştiano Ronaldo - Premyer Liqa, La Liqa, A seriyası
2. Kristian Vyeri – La Liqa, A seriyası
Luka Toni – A seriyası, Bundesliqa
Ruud van Nistelrooy – Premyer Liqa, La Liqa
Zlatan İbrahimoviç – A seriyası, Liqa1
Luis Suares – Premyer Liqa, La Liqa
Edinson Kavani – A seriyası, Liqa1
Edin Dzeko – Bundesliqa, A seriyası