16:14 02-06-2021
news_image
122
FUTBOL

Yeni 2 illik müqavilə - "Neftçi"də

“Neftçi”nin futbolçusu Rəhman Hacıyevi yenidən icarəyə verməsi təsdiqlənib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi daha bir mövsüm “Keşlə”nin formasını geyinəcək.

Ötən mövsüm qəsəbə təmsilçisində icarə əsasında çıxış edən Hacıyev qarşıdakı mövsüm də eyni şərtlər altında Sənan Qurbanovun sərəncamında olacaq. Ancaq “Neftçi” bundan əvvəl Rəhmanla gələn ilin yayına qədər olan müqavilə müddətini 2 illik uzadıb. Yeni sazişə əsasən, milli komandamızın üzvü 2024-cü ilin yayına qədər flaqmana məxsus olacaq.

Qeyd edək ki, Rəhman Hacıyev 2014-2020-ci illər ərzində “Neftçi”nin heyətində 166 oyunda 16 qola imza atıb. Futbolçu ötən mövsüm “Keşlə”nin forması altında Premyer Liqada 22 görüşdə iştirak edib, 4 dəfə fərqlənib.