16:43 02-06-2021
news_image
95
DİGƏR NÖVLƏR

Məşqçiyə 6 aylıq cəza – təcavüzə görə

Fiqurlu konkisürmə üzrə amerikalı məşqçi Ross Mayner 6 aylıq işindən kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı ABŞ Təhlükəsiz İdman Mərkəzi (SafeSport) verib.

Qurumun belə addım atmasına Maynerin seksual zəmində təcavüzdə ittiham olunmasıdır. Məsələnin detalları açıqlanmır. Mayner isə şərh verməkdən imtina edib.

Qeyd edək ki, fərdi yarışlarda çıxış edən Mayner “Dörd qitə çempionatı”nın bürünc, ABŞ çempionatının ikiqat gümüş, yeniyetmələrin Qran-Prisinin finalının bürünc mükafatçısıdır. 2018-ci ildə Olimpiadaya yollanan heyətə düşə bilməyən idmançı karyerasını başa vuraraq məşqçiliyə start verib.