00:43 03-06-2021
news_image
153
FUTBOL

Yeni müqavilədən imtina etdi – Dembele tələsmir

“Barselona”nın hücumçusu Usman Dembele komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı ön xətt oyunçusu rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib.

Fransa millisinin üzvü gələn ilin yayına qədər olan anlaşmasını uzadıb-uzatmayacağı ilə bağlı suala konkret cavab verməyib: “Hadisələrin necə cərəyan edəcəyini gözləyək. “Barselona” rəhbərliyi ilə görüşəcəyik. Qərar vermək üçün hələ vaxtım var, tələsməyə lüzum yoxdur. İndi bütün düşüncələrim qarşıdakı Avropa çempionatı ilə bağlıdır”.

Qeyd edək ki, Usman Dembele ötən mövsüm La Liqada keçirdiyi 30 oyunda 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.