17:15 02-06-2021
news_image
228
FUTBOL

Daha bir müqavilə - “Neftçi”də

“Neftçi” futbolçu Turan Vəlizadə müqavilənin müddətini artırıb. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, anlaşmaya əsasən, 20 yaşlı yarımmüdafiəçi 2023-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq. 

2020/2021 mövsümünü icarə əsasında “Keşlə”də keçirən Vəlizadə daha 1 il müddətinə bu kluba icarəyə verilib.

Qeyd edək ki, Turan Vəlizadə 2018-2020-ci illər ərzində “Neftçi”nin heyətində 2 rəsmi oyunda meydana çıxıb.