17:51 02-06-2021
news_image
227
FUTBOL

Komanda sayı dəyişdirilir – çempionatda

Fransa Liqa1-də komandaların sayı dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, klublar iştirakçı sayının 18-ə endirilməsinə razılıq verib. 

Bu yeniliyin 2023/24 mövsümündən qüvvəyə minəcəyi gözlənilir. 2022/23 mövsümündə 4 komanda aşağı dəstəyə yuvarlanacaq və yalnız ikisi Liqa1-ə vəsiqə qazanacaq. Səsvermə zamanı 9 klub yeniliyin 2022/23, 9 klub isə 2023/24 mövsümündən tətbiqinin tərəfdarı olub. Digər iki klub say azalmasının əleyhinə olub. Liqa1 rəhbərliyi yekun qərarın verilməsini təxirə salıb.

Qeyd edək ki, Liqa2-də də iştirakçı sayının azaldılacağı gözlənilir.