20:00 02-06-2021
news_image
94
FUTBOL

253-cü futbolçu – Azərbaycan millisində

Yoldaşlıq görüşündə Belarusla qarşılaşan Azərbaycan millisində daha bir futbolçu debüt edib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Höccət Haqverdi yığmamızın heyətində ilk oyununa çıxıb.

Minskdə baş tutan qarşılaşmada meydana start heyətində daxil olan milliləşdirilmiş oyunçu yığma tarixinə 253-cü futbolçu kimi düşüb.

Qeyd edək ki, mayın 27-də Türkiyə ilə keçirilən yoldaşlıq görüşündə Murad Xaçayev və Toral Bayramov yığmada ilk dəfə çıxış edib.