20:01 02-06-2021
news_image
159
FUTBOL

Yığmamızdan qolsuz bərabərlik - Belarusla

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, komandamız hazırlıq çərçivəsində ilk yoxlama görüşünü keçirib.

Baş məşqçi Elxan Abdullayev yetirmələrini Minskdə yerli Belarusla görüşdə sınayıb. Minskdə baş tutan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, sabah Moldovaya yollanacaq U-19 yığmamız ayın 4-də və 6-da Kişinyovda yerli həmyaşıdları ilə yoxlama görüşü keçirəcək.