21:23 02-06-2021
news_image
255
FUTBOL

Yığmamızda daha bir debüt – yenə milliləşdirilmiş futbolçu

Belarusla yoldaşlıq görüşü keçirən Azərbaycan millisində daha bir futbolçu debüt edib.

Apasport.az saytının məlumatına görə, hücumçu Rüstəm Əhmədzadə yığmamızın heyətində ilk oyununa çıxıb.

68-ci dəqiqədə meydana çıxan milliləşdirilmiş forvard yığmanın tarixinə 254-cü futbolçu kimi düşüb. Ukraynanın “Minay” klubunun şərəfini qoruyan 21 yaşlı oyunçuya qədər yığma formasını 253 oyunçu geyinmişdi. Bu gün start heyətində çıxış edən Höccət Haqverdi də debüt etməyə nail olub.

Qeyd edək ki, Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda keçirilən və ikinci hissəsi gedən oyunda hesab açılmayıb.