09:31 03-06-2021
news_image
207
FUTBOL

“Azərbaycan yığmasında irəliləyiş var” – Milan Obradoviç

“Heç vaxt işimdən razı ola bilmərəm. İnanıram ki, futbolçular lazımsız səhvləri aradan qaldıraraq, oyunlarını artıracaqlar. Bunu etsək, daha yaxşı oynayacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.

Ukrayna mətbuatına müsahibə verən serbiyalı mütəxəssis yığmamızın inkişafda olduğunu söyləyib: “Hər zaman bir həll yolu axtarıram. Azərbaycanın gənclər yığmasında müəyyən irəliləyiş var, daha yaxşı oynaya bilərik. Sentyabrda yeni seçmə mərhələ başlayır. Oyunçularımın inkişafı üçün hər şeyi etməyə çalışıram. Topu daha çox saxlayırlar, hücum futbolu sərgiləyirlər”.

Obradoviç geridə qalan Avropa çempionatının seçmə mərhələsində bir çox komponentlərdə uğurlu olduqlarını düşünür: “Əvvəlki seçmə mərhələdə İsveçrə və Fransa ilə mübarizə apararkən bu bizdə alınmışdı. Artıq daha çox öyrənmişik. Hətta fransızlarla görüşdə topa rəqibdən daha çox sahib olurduq. Halbuki Fransanın gənclər yığmasındakı oyunçuların ümumi dəyəri 400-500 milyon avrodan çoxdur. Onların çoxu böyük çempionatlarda - İspaniyanın “Sevilya”, Almaniyanın “Borussiya” (Dortmund), “Leypsiq”, İngiltərənin “Arsenal” klubunda çıxış edir”.