10:50 03-06-2021
news_image
420
FUTBOL

“Qarabağ”a transferi çətinləşir – Norveç millisinin üzvünün

APOEL-in yarımmüdafiəçisi Qayas Zahidin “Qarabağ”a keçmək şansı azalıb.

Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, 27 yaşlı pleymeykerlə maraqlanan klubların sayı gündən-günə artır.

Norveç millisinin üzvü “Qarabağ”, “Ankaragücü”, “Qalatasaray”, “Panatinaikos” və BƏƏ klublarından sonra “Omoniya”dan da təklif alıb. Həmçinin APOEL də aparıcı futbolçusunu saxlamaq niyyətindədir və ona yeni müqavilə təklif edib. Zahid özü isə açıqlamasında Kiprdən daha güclü liqada oynamaq arzusunda olduğunu söyləyib.

Qeyd edək ki, APEOL Qayas Zahidi 2017-ci ildə 500 min avro qarşılığında “Valerenqa”dan alıb.