11:07 03-06-2021
news_image
161
FUTBOL

Albaniyalı futbolçusunu göndərir – “Neftçi”

“Neftçi” yarımmüdafiəçisi Bruno Teluşi ilə yollarını ayıracaq.

Apasport.az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, geridə qalan mövsüm əsas heyətə düşməkdə çətinlik çəkən 31 yaşlı orta sahə oyunçusu məşqçilər korpusunun gələcək planında yoxdur. Bu səbəbdən onunla yolların ayrılması qərara alınıb.

Albaniyalı həmkarlarımız Teluşinin Azərbaycanda qalma ehtimalının olduğunu da vurğulayıb. Çünki “Zirə”nin onunla maraqlandığı yazılıb. Oyunçunun həmçinin başqa liqalardan da təklifləri var.

Qeyd edək ki, Bruno Teluşi “Neftçi”yə ötən ilin yayında “Kukesi”dən keçib.