12:13 03-06-2021
news_image
137
FUTBOL

“Qalatasaray”ın futbolçusuna elçi düşdü – “Spartak”

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Kristian Luindama karyerasını Rusiyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Moskva “Spartak”ının maraq dairəsinə düşüb.

“Qırmızı-ağlar” 27 yaşlı konqolu ilə bağlı təklif göndərməyə hazırlaşır. Onun transferinin təxminən 3,5 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Luindama ötən mövsüm 28 oyunda 2 qol vurub. Onun müqaviləsi 2022-ci ildə başa çatacaq.