12:23 03-06-2021
news_image
104
FUTBOL

İstefa verdi – Super Liqa klubunun prezidenti

“Rizəspor” klubu prezidentsiz qalıb.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisinin rəhbəri Hasan Kartal vəzifəsindən istefa verib.

Bunu Kartal özü yerli mətbuata açıqlamasında bildirib. O, bundan sonra rəhbər postda olmayacağını söyləyib.

Qeyd edək ki, “Rizəspor” ötən mövsüm Super Liqada 13-cü yeri tutub.