21:51 03-06-2021
news_image
402
FUTBOL

XXI əsrin sürpriz çempionları – azərbaycanlı futbolçu da var

“Lill” klubu Fransa Liqa1-nin qalibi olmaqla 2020/21 mövsümündə Avropanın ən sürpriz çempionu seçilib.

Apasport.az saytının məlumatına görə, bu, qitənin yüksək reytinqli liqaları arasında 5 ildən sonra ilk gözlənilməz nəticə hesab olunub.

Ümumiyyətlə, XXI əsrin sürpriz çempionları ilə bağlı araşdırmada 10 komandanın qazandığı qızıl medal yaddaqalan sayılıb. Onlar arasında “Tvente”nin 2009/10 mövsümündəki yeganə Erediviziya çempionluğu xüsusi diqqət çəkir. Çünki həmin vaxt azərbaycanlı futbolçu Vaqif Cavadov da Niderland klubunun heyətində yer almışdı. Millimizin sabiq üzvü həmin mövsüm meydana çıxmasa da, ölkəmizə qızıl medalla dönə bilmişdi.

XXI əsrin sürpriz çempionları:
“Valensiya” – 2001/02
“Verder” – 2003/04
“Ştutqart” – 2006/07
“Volfsburq” – 2008/09
“Tvente” – 2009/10
“Bursaspor” – 2009/10
“Monpelye” – 2011/12
“Gent” – 2014/15
“Lester” – 2015/16
“Lill” – 2020/21