14:24 03-06-2021
news_image
259
AVRO-2020

İngiltərə millisinin xəyallar komandası – AVRO-2020-dən kənarda qalanlar

AVRO-2020-nin əsas favoritləri sırasında göstərilən İngiltərə millisinin turnirə aparılacaq “26-lığ”ı məlumdur.

Apasport.az saytının məlumatına görə, son illər istedadlı gəncləri yetişdirməklə diqqət çəkən ingilislərdə yığmanın baş məşqçisi Qaret Sautqeyt üçün seçim etmək heç də asan olmayıb.

Yığmanın heyətində qitə birinciliyinə yollanmağa ümid edən bir çox tanınmış oyunçu kənarda qalmalı olub. Həmin futbolçular AVRO-2020-yə yollanan bir çox millilərin xəyal edəcəyi səviyyədədir.

Avropa çempionatına aparılmayan bir neçə ingiltərəli oyunçunu təqdim edirik:

Fikayo Tomori (mərkəz müdafiəçisi) – “Çelsi”
Aaron Van-Bissaka (sağ cinah müdafiəçisi) - “Mançester Yunayted”
Erik Dayer (dayaq yarımmüdafiəçisi) – “Tottenhem”
Ceyms Uord-Prous (dayaq yarımmüdafiəçisi) - “Sauthempton”
Dele Alli (orta sahə) – “Tottenhem”
Harvi Barns (sol cinah yarımmüdafiəçisi) – “Lester”
Ceyms Maddison (pleymeyker) – “Lester”
Cessi Linqard (pleymeyker) - “Mançester Yunayted”
Kallum Hadson-Odoi (vinger) – “Çelsi”
Patrick Bamford (hücumçu) - “Lids”
Temmi Abraham (hücumçu) – “Çelsi”
Denni İngz (hücumçu) – “Sauthempton”