15:08 03-06-2021
news_image
70
FUTBOL

İnzaqinin keçidi rəsmiləşdi – “İnter”ə

“İnter”in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, A seriyasının son çempionu Simone İnzaqi ilə müqavilə bağladığını rəsmən bəyan edib.

“Latsio”dan yenicə ayrılan mütəxəssis “neradzurra”nın sükanı arxasına keçib. 45 yaşlı çalışdırıcı Milan təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. O, 2016-cı ildən “Latsio”ya rəhbərlik edib.

Qeyd edək ki, “İnter” İtaliya çempionu olsa da, baş məşqçi Antonio Konte ilə mövsümün sonunda yollarını ayırıb.