15:19 03-06-2021
news_image
203
FUTBOL

Braziliyada klub axtarışına çıxdı – millimizin sabiq futbolçusu

“Zirə”də növbəti ayrılıq baş verib.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Riçard Almeyda qəsəbə təmsilçisi ilə vidalaşıb.

Milliləşdirilən yarımmüdafiəçi klubun təklif etdiyi 1 illik yeni müqavilə şərtlərini özü üçün məqbul hesab etməyib.

Braziliyaya qayıdan Azərbaycan yığmasının 30 yaşlı sabiq orta sahə oyunçusu indi ölkəsində özünə yeni komanda axtarır.