16:10 03-06-2021
news_image
1641
FUTBOL

Pedro Enrike “Sabah”ın siyahısında – YALNIZ BİZDƏ

Heyətində təmizləmə işlərini yekunlaşdırmaq üzrə olan “Sabah” transfer çalışmalarını sürətləndirib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, əcnəbi futbolçu axtarışında olan Bakı klubunun maraq dairəsinə düşən oyunçulardan biri də braziliyalıdır.

Geridə qalan mövsüm, xüsusən də, müdafiənin mərkəzində ciddi problemlər yaşayan paytaxt təmsilçisində baş məşqçi Ramin Quliyev bu mövqeyin gücləndirilməsini istəyib. Bakılılar problemi “Palmeyras”ın oyunçusu Pedrao ilə həll edə bilər. Çünki tam adı Pedro Enrike de Oliveyra Korreya olan 24 yaşlı futbolçu “Sabah”a təklif olunub.

Pedrao 2018-ci ildən “Palmeyras”a məxsus olmasına baxmayaraq, daha çox digər klublara icarəyə verilib. Elə geridə qalan mövsümü də Portuqaliya klubu “Nasional”da icarədə keçirib. Lakin komandası elitada son pilləni tutaraq aşağı liqaya yuvarlanınca oranı tərk edib.

“Nasional”da aparıcı oyunçulardan olan “sambaçı”nın “Palmeyras”a qayıtma ehtimalı çox aşağıdır. Düzdür, ucaboy müdafiəçinin klubla müqavilə müddəti gələn ilin yayına qədərdir. Ancaq “Palmeyras” Pedraonu yenidən icarə əsasında və ya birdəfəlik göndərməyə çalışır. Bu isə “Sabah”ın işini asanlaşdıra bilər.

Qeyd edək ki, Pedrao ötən mövsüm Portuqaliya Premyer Liqasında 30 matçda iştirak edib, 1 qol vurub.