22:16 03-06-2021
news_image
132
FUTBOL

Ançelottiyə əvəzləyici tapdı – “Everton”

Karlo Ançelottinin “Real”a getməsindən sonra baş məşqçisiz qalan “Everton”un bu posta əsas namizədi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Nuno Eşpirito Santonun xidmətində maraqlıdır.

Liverpullular portuqaliyalı mütəxəssisə təklif də göndərib. “Everton” onunla 3 illik müqavilə bağlamaq niyyətindədir.

Qeyd edək ki, Santo ötən mövsümün sonunda digər İngiltərə təmsilçisi “Vulverhempton”dan ayrılıb.