17:10 03-06-2021
news_image
158
FUTBOL

Bir mövsümün ən məhsuldarları – Ronaldo hələ əlçatmazdı

Aleks Ferqyusonun gedişindən sonra eniş yaşayan “Mançester Yunayted”, nəhayət, geridə qalan mövsüm nisbətən uğurlu çıxış edə bilib.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın Premyer Liqda 2-ci yeri tutmasında yarımmüdafiəçi Bruno Fernandeşin rolunu xüsusi vurğulamaq lazımdır.

Keçən ilin yanvarında Mançesterə köçən portuqaliyalı ulduz futbolçu qısa müddətdə qol və assistlərlə adını klubun tarixinə yazdırıb. Ötən mövsüm Premyer Liqada 30 qolda yaxından iştirak edən Fernandeş bu baxımdan “mankunianlar”ın tarixinə ən məhsuldar 5-ci oyunçu kimi düşüb. Yarımmüdafiəçi 18 qol, 12 assistlə bunu bacarıb.

Rekordçu isə hazırda “Yuventus”da çıxış edən Kriştiano Ronaldodur. Brunonun həmyerlisinə çatması üçün 7 qolda yaxından iştirakı çatmayıb.

1. Kriştiano Ronaldo - 37 qolda iştirak (2007/08)
2. Robin van Persi - 35 (2012/13)
3. Ueyn Runi - 31 (2011/12)
4. Erik Kantona - 30 (1993/94)
5. Bruno Fernandeş - 30 (2020-21)