17:37 03-06-2021
news_image
61
DİGƏR NÖVLƏR

“Biz Bakıda reallığa qayıdacağıq” - Lekler

“Ferrari” avtomobilləri “Formula-1” üzrə Azərbaycan Qran-Prisində liderlik üçün mübarizə aparmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu komandanın pilotu Şarl Lekler deyib.

O bildirib ki, qələbə üçün yarışa bilməyəcəklərinə əmindir: “Biz Bakıda reallığa qayıdacağıq. Monakodakı mərhələ bizim qələbə üçün mübarizə apardığımız nadir hadisələrdən biri idi. Bu, ağlasığmaz və xoş oldu. Amma Bakıdakı trasın daha uzun düz yollardan ibarət olması və sürətli xarakter daşıması bizi öz səviyyəmizə qaytaracaq. Baxmayaraq ki, orada da asta keçiləsi döngələr var”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 4-6-da olacaq.