18:02 03-06-2021
news_image
120
DİGƏR NÖVLƏR

Pərəstişkarı tanış olmaq istədi - digəri onu döydü

Belaruslu xizəkçi Aleksandra Tatarinskaya döyülüb.

Apasport.az saytının məlumatına görə, hadisə Rusiyadakı otellərin birində baş verib.

Ziyafət zamanı pərəstişkarlarından biri tanış olmaq məqsədilə idmançıya yaxınlaşıb. Bu, onun xanımında qısqanclığa səbəb olub.

Qadın Tatarinskayanın üzərinə atılaraq ona bir neçə zərbə endirib. Yıxılan xizəkçinin başı da yerə dəyib. Aleksandara xəstəxanaya aparılıb. Sonradan idmançı polisə şikayət yazıb.

Qeyd edək ki, 33 yaşlı Tatarinskaya dəfələrlə Belarus çempionu olub, dünya çempionatlarında iştirak edib.