10:56 04-06-2021
news_image
168
FUTBOL

Ruslan Abışov lazım olmadı – “Sabah”a

“Sabah” daha bir futbolçu ilə yollarını ayırıb. 

Apasport.az saytının məlumatına görə, klubla müqavilə müddəti bitən Ruslan Abışov paytaxt təmsilçisinə lazım olmayıb.

2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışan müdafiəçi bir müddət komandanın kapitanlıq sarğısını daşıyıb. Lakin müdafiəçi əsasən ehtiyat oyunçular skamyasında qalıb. 

Qeyd edək ki, Abışov “Sabah”dakı iki mövsümdə Premyer Liqada cəmi 13 matç keçirib. Son çempionatda isə 28 turun yalnız beşində meydana çıxıb.