11:42 04-06-2021
news_image
92
FUTBOL

Azərbaycanı təmsil edəcək klub bilindi - Çempionlar Liqasında

Bu gün Azərbaycan Futzal Federasiyasının (AFF) İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, iclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.

İK-nın iclasında pandemiya səbəbindən ötən il martın 14-dən ölkədə idman zallarının fəaliyyətinə qadağanın tətbiq edilməsi və buna görə futzal üzrə Yüksək Liqanın 2020/21 mövsümünün keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək klub müəyyənləşib. Qərara əsasən, Çempionlar Liqasının 2021/22 mövsümündə ölkəmizi “Araz” təmsil edəcək.

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin mayın 31-də keçirilmiş iclasında növbəti mövsüm futzal üzrə Çempionlar Liqasında çıxış edəcək klubun müəyyənləşdirilməsi Azərbaycan Futzal Federasiyasına tapşırılıb.