12:00 04-06-2021
news_image
105
FUTBOL

Ronaldo üçün danışıqlara başladı - PSJ

Fransanın PSJ klubu Kriştiano Ronaldonun keçidi ilə bağlı danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi portuqaliyalı ulduzu bu yay heyətinə qatmaq niyyətindədir.

Parislilər İtaliya “Yuventus”unun oyunçusuna komandanı tərk edəcəyi gözlənilən Killian Mbappenin əvəzləyicisi gözü ilə baxır. Fransalının İspaniya “Real”ına keçəcəyi halda hücum xəttini Ronaldo gücləndirməlidir.

Kriştiano ilə müqaviləsi olan “Nike” şirkətinin PSJ-yə də texniki sponsorluq etməsi keçidin alınmasına təkan verməlidir. Klublar arasında danışıqlar zamanı Ronaldonun qarşılığında Mauro İkardinin əks istiqamətdə yollanması da müzakirə olunur. Çünki “Yuventus” da hücum xəttini gücləndirmək fikrindədir. Lakin transferdə yekun söz Ronaldoya məxsus olacaq.