13:31 04-06-2021
news_image
146
DİGƏR NÖVLƏR

Ən sürətli Maks Ferstappen oldu - “Formula-1”də

Bakıda “Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürüb. 

Apasport.az saytının məlumatına görə, mövsümün 6-cı mərhələsinin ilk sərbəst yürüşü başa çatıb.

Pilotlar bir saat bolidlərini sınaqdan keçiriblər. Yekunda “Red Bull” pilotu Maks Ferstappen sərbəst yürüş zamanı hamıdan sürətli olub.

O, 1:43.184-lük göstəriciyə imza atıb. Ferstappendən sürətdə müvafiq olaraq “Ferrari” pilotları Şarl Lekler və Karlos Sayns geri qalıb.

Qeyd edək ki, saat 16:00-da ikinci sərbəst yürüşə start veriləcək.