14:30 04-06-2021
news_image
114
DİGƏR NÖVLƏR

Sıralama turu başladı – “Formula-2”də

“Formula-2” üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.

Apasport.az saytının məlumatına görə, 11 komandanın 22 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini alacaqlar.

Tur yarım saat davam edəcək. Sərbəst yürüşdə ən yaxşı göstərici Juri Vipsə (“Hitech Grand Prix”) məxsusdur. 

Qeyd edək ki, “Formula-2” Qran-prisində sabah spirint yarışları olacaq.