21:40 04-06-2021
news_image
741
FUTBOL

Rəşad Sadıqov üçün 2 meksikalı – Ektorla Gilyermo

Milli komandaların heyətində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər olub.

Apasport.az saytının məlumatına görə, buna yığma səviyyəli yoxlama və rəsmi matçlar səbəb olub.

100 və daha çox görüşə çıxanların siyahısında yer alan yeganə Azərbaycan təmsilçisi Rəşad Sadıqovun da mövqeyində dəyişiklik olub. Millimizdə 111 matça çıxan sabiq kapitanın yerinə meksikalılar təsir edib.

Kosta-Rika ilə görüşdə iştirak edən qapıçı Gilyermo Oçoa 112-ci dəfə milli forma geyinib. O, bu göstəricidə Rəşadı arxada qoyub.

Oçoanın komanda yoldaşı Ektor Moreno isə 111-ci dəfə meydana çıxıb. O, Sadıqovun şərikləri sırasına qoşularaq komanda yoldaşını əvəzləyib.

Meksikalıların oyun sayını artırması nəticəsində geriləyən millimizin sabiq müdafiəçisi 285-298-ci sıraları bölüşür.

Sadıqov və Morenodan başqa, Qodfri Çitalu (Zambiya), Camal Busuttil (Malta), Andrey Şevçenko (Ukrayna), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), Careh Əl-Ətiqi (Küveyt), İqor Akinfeyev (Rusiya), Səəd Əl-Muxaini (Oman), Alvaro Saborio (Kosta-Rika), Mehdi Mahdavikiya (İran), Emilio İzaquirredir (Honduras), Odai Al Saifi (İordaniya) da 111 dəfə milli formada qarşılaşmaya çıxıb.

Qeyd edək ki, cədvəldə yığmada 100 və daha çox oyun keçirən 548 futbolçu yer alıb. İlk pillədə Misir millisində 184 matç keçirən Əhməd Həssəndir.