16:00 04-06-2021
news_image
92
DİGƏR NÖVLƏR

Günün son yürüşü başladı – “Formula-1”

Bakıda “Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşə start verilib. 

Apasport.az saytının məlumatına görə, “Formula-2” pilotlarının sıralama yarışının ardınca “Formula-1” komandaları bolidlərini sınaqdan keçirməyə başlayıblar.

Saat 16:00-da start götürən günün son məşqi bir saat davam edəcək. Birinci sərbəst yürüşdə ən sürətli pilot Maks Ferstappen (“Red Bull”) olub.

Qeyd edək ki, “Formula-1” pilotlarının sabah baş tutacaq üçüncü sərbəst yürüşü saat 13:00-da start götürəcək.