15:40 04-06-2021
news_image
208
TOKİO-2020

Yeni qaydalar toplusunu idmançılara təqdim etdi - MOK

Milli Olimpiya Komitəsi (MOK) federasiyalar üçün xüsusi təlim-məşq toplantıları təşkil edir.

MOK-un mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi ilə birlikdə COVİD-19 pandemiyası ilə əlaqədar yeni qaydalar toplusu hazırlanıb. 

Təlimatları müstəqil ekspertlər və digər idman təşkilatlarından ibarət işçi qrup hazırlayıb. MOK İdman Şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev bildirib ki, qaydalar toplusunda beynəlxalq qurumlar Milli Olimpiya Komitələrinə tələb və tövsiyələrini çatdırıblar. MOK isə öz növbəsində qaydalar toplusunu tərcümə edib və federasiyalara yönləndirib. 

Qaydalar toplusu ilə bağlı federasiyalarla maarifləndirmə işlərinə artıq start verilib. MOK rəsmisinin sözlərinə görə, Azərbaycan Taekvondo Federasiyası ilə maarifləndirmə təlimi  artıq başlanılıb. Vaqif Əliyev bildirib ki,  taekvandoçuların təlimlərinin səmərəli və təhlükəsiz keçirilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun şərait yaradılıb. Taekvandoçuların karantin qaydalarına uyğun təlimlərinin keçirilməsi üçün tədbirin baş tutacağı məkan brendləşdirilib: “İdmançılara COVİD-19 virusundan müdafiə olunmaq qaydalarından bəhs edən xüsusi təlimat kitabçaları paylanılıb”. 

Təhlükəsiz şəraitdə təlim-məşq toplantılarını başa vurmaları üçün taekvandoçular komanda həkiminin nəzarəti altında olacaqlar. BOK-un Tokio-2020  Yay Olimpiya Oyunlarında COVİD-19 virusu ilə əlaqəli  BOK-un xüsusi qaydalar toplusunda yer alan yeni tələbləri təlim dövründə iştirakçılara çatdırılacaq. 

Qeyd edək ki, qapalı məkanlarda məşq etmək icazəsi olmadığı üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığın aparılması məqsədilə MOK ilk belə tədbiri Atletika Federasiyasının idmançıları ilə aparıb.