17:54 04-06-2021
news_image
178
FUTBOL

Daha bir futbolçu yol üstə - “Bavariya”da

Yay fasiləsində bəzi futbolçuları ilə yollarını ayıran “Bavariya”nı daha bir oyunçu tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Kinqsli Komanın gedişi gündəmə gəlib.

Buna səbəb ulduz futbolçu ilə aparılan yeni müqavilə danışığının uğursuz nəticələnməsidir. Fransa millisinin üzvü hazırkı maaşının ikiqat artığını tələb etdiyindən, almanlar yeni sözləşməyə müsbət yanaşmır. Komanın istəyi illik 20 milyon avrodur. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, 25 yaşlı oyunçu transferə çıxarılacaq.

Qeyd edək ki, “Bavariya” Jerom Boatenq, David Alaba və Xavi Martineslə yollarını ayırıb.