18:24 04-06-2021
news_image
89
FUTBOL

Daha bir ayrılıq - “Sabah”da

“Sabah” müqavilə müddəti bitən futbolçusu Filip İvanoviçlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 

Bildirilib ki, 2018-ci ildən komandanın üzvü olan serbiyalı müdafiəçi ilə yeni müqavilə imzalanmayıb. 

Filip “Sabah”da 59 oyun keçirib. O, Bakı təmsilçisinin heyətində Saşa Stamenkoviçdən sonra ən çox oyun keçirən ikinci futbolçudur.

Qeyd edək ki, “Sabah” bunadək Təmkin Xəlilzadə ("Zirə"), Elçin Mustafayev ("Keşlə": icarəyə), Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Dmitro Klots, Elşən Abdullayev və Ruslan Abışovla da vidalaşıb.