21:20 04-06-2021
news_image
173
FUTBOL

Millimiz heç-heçə oynadı - Kişinyovda

Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib. 

Apasport.az saytının məlumatına görə, Moldovanın U-19 komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 

Millimizin heyətində 26-cı dəqiqədə Xəyal Əliyev fərqlənib. 

Bu komandalar arasında növbəti oyun iyunun 6-da keçiriləcək.