21:53 04-06-2021
news_image
118
TOKİO-2020

Türkiyəli rəqibinə uduzdu - Həmzəyeva

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva (57 kq) Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə qoşulub. 

Apasport.az saytının məlumatına görə, təmsilçimiz 1/8 final çərçivəsində Aycan Güldağı (Türkiyə) ilə qüvvəsini sınayıb. 

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 5 boksçumuz çıxışını davam etdirir. Onlardan Tayfur Əliyev (57 kq) Olimpiadaya vəsiqəyə sahib olub.