23:02 04-06-2021
news_image
187
TOKİO-2020

Daha bir hakimimizə etimad - Tokio-2020-də

Azərbaycanın daha bir hakimi Tokio-2020 Yay Olimpiya Oyunlarında ədaləti qoruyacaq. 

Apasport.az saytının məlumatına görə, karate və güləş idman növlərinin ardınca taekvondoda da referimizin olacağı dəqiqləşib. 

Azərbaycan Taekvondo Federasiyasının Texniki direktoru və beynəlxalq dərəcəli hakimi Oh Kvanq Çeol Dünya Taekvondo Federasiyası tərəfindən Olimpiadanın hakimləri siyahısına daxil edilib. 

Onadək Oyunlarda karateçilərin yarışlarında Cahangir Babayevin, güləşçilərin mübarizəsində Asif Şirəliyevin referi olacağı rəsmiləşmişib.