12:02 05-06-2021
news_image
115
FUTBOL

Karyerasını bitirir? - Beyl

Uels millisinin futbolçusu Qaret Beyl karyerasını bitirə bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu qərarını AVRO-2020-dən sonra açıqlayacaq.

İspaniya “Real”ı ilə 2022-ci ildə başa çatacaq müqaviləsinə xitam verilməsinə çalışan hücumçu 31 yaşında futbolla vidalaşmaq niyyətindədir. Madridlilər də Beyllə yollarını ayırmağa razıdır. Çünki illik maaşı 22 milyon avro olan futbolçunu gedişi büdcəyə faydalıdır. Qaret özü də qərarını AVRO-2020-dən sonra verəcəyi və bunun böyük əks-səda doğuracağını bildirib.

Qeyd edək ki, Beyl 2013-cü ildən “Real”da çıxış edir. Ötən mövsümdə uelsli icarə əsasında “Tottenhem”də oynayıb.