12:14 05-06-2021
news_image
110
DİGƏR NÖVLƏR

İlk qalib bilindi – “Formula-2”də

“Formula-2” üzrə Azərbaycan Qran-prisinin ilk yarışı keçirilib.

Apasport.az saytının məlumatına görə, pilotların sprint mübarizəsi başa çatıb.

45 dəqiqə çəkən yarışın sonunda Robert Şvartzman (“Prema”) qalib olub. Dan Tiktum (“Karlin”) ikinci, Quanyu Jou (“Uni-Virtuosi”) isə üçüncü yeri tutub.

Qeyd edək ki, saat 17:40-da ikinci sprint yarışı keçiriləcək.