12:24 05-06-2021
news_image
167
FUTBOL

“Ona mane olmamağa üstünlük verdik” - Bordin

“Yunanıstanda legioner həyatı yaşayan Oleq Ryabçuk zədə səbəbindən millidən kənarda qalıb”.

Apasport.az saytının məlumatına görə, bunu Moldova yığmasının baş məşqçisi Roberto Bordin açıqlayıb.

Sabah Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək moldovalıların italiyalı çalışdırıcı heyətdəki itkilərə aydınlıq gətirib. O, düşərgəyə dəvət etmədiyi oyunçulardan danışıb: “Olimpiakos”un müdafiəçisini bu üzdən də heyətə cəlb etmədik. Pirey klubu ilə daim əlaqədə olub futbolçunun durumu ilə yaxından maraqlandıq. Yekunda belə qərar verdik. Katalin Karp isə hazırda klubsuzudur. Klub axtardığından ona mane olmamağa üstünlük verdik”.

Qeyd edək ki, Azərbaycan millisi sabah Kişinyovda Moldova ilə qarşılaşacaq.