12:30 05-06-2021
news_image
74
DİGƏR NÖVLƏR

Mükafatlandırma – “Formula-2”də

Azərbaycan Qran-prisində ilk mükafatlandırma mərasimi təşkil olunub.

Apasport.az saytının məlumatına görə, “Formula-2” üzrə sprint yarışının qalibləri mükafatlandırılıb.

Birinci yarışın qalibi olan Robert Şvartzman (“Prema”) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dan Tiktum (“Karlin”) ikinci, Quanyu Jou (“Uni-Virtuosi”) isə üçüncü yeri tutub.

Qeyd edək ki, günün ikinci yarısında növbəti sprint yarışı keçiriləcək.