12:47 05-06-2021
news_image
150
FUTBOL

İxtisarlar başladı – “Keşlə”də

“Keşlə”də kütləvi ixtisarlara başlanılıb.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, bu, klubun bütün strukturlarını əhatə edir.

Bir sıra işçi ştatı ləğv olunub, müqaviləsi yenilənənlərə daha az maaş təklif edilib.

Ümumiyyətlə, paytaxt klubunda əməkhaqqı həddi 30-40 faiz aşağı salınıb. Bu da SOCAR tərəfindən ayrılan illik büdcənin azalmasıyla əlaqədardır.

Halbuki bu, gözlənilmirdi. Çünki “Keşlə” ölkə kubokunu qazanmaqla Konfrans Liqasına yüksəlib.

Belə vəziyyət akademiyanın fəaliyyətinə mənfi zərbə vurmaqla yanaşı, komandanın güclənməsinin qarşısını alır. Bu mənada, əksər futbolçuların düşərgəsini tərk etməyə başlaması təsadüfi qarşılanmamalıdır.

Büdcə azalıbsa, avtomatik olaraq transferlərə ayrılan vəsaitin ümumi həcmi də aşağı düşüb. İki-üç aydan bir maaş ödəyən klubda bir də belə halların baş verməsi əksər oyunçuların gözünü qorxudub və indi risk etmək istəmirlər.